Haqqımızda Reklam
09 
Dek
2023
12:30
55
15
2531

Polşada oteldə oğurluq edən iki nəfər Gürcüstan vətəndaşı həbs edilib

Polşanın Sosnovets şəhərində iki Gürcüstan vətəndaşı həbs edilib. 24News.ge yerli mətbuata istinadən xəbər verir ki, iki nəfər gürcü oteldə 30 yaşlı kişini əvvəlcə döyüb, sonra isə telefonlarını əlindən alıblar. Zərərçəkmiş polisə müraciət edib. Onun sözlərinə görə, iki nəfər yataqxananın otağına soxularaq pul tələb ediblər və o, imtina etdikdən sonra onu döyərək iki telefonunu əlindən alıblar. Polis cinayətkarları oğurlanmış telefonlar vasitəsilə tapıb və həmin gün həbs edib. Faktla bağlı istintaq başladılıb, saxlanılan şəxsləri 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989