Haqqımızda Reklam
09 
Dek
2023
11:38
41
11
674

Bu gün Tbilisidə Avropa İttifaqının ən böyük bayrağı açılacaq

Bu gün saat 14:00-da Tbilisidə Respublika meydanından Avropa meydanına qədər genişmiqyaslı yürüş keçiriləcək. 24News.ge xəbər verir ki, aksiyada vətəndaşlar, fəallar və siyasətçilər Avropanın gələcəyini müdafiə etmək üçün bir araya gələcəklər. Məlumata əsasən, sözügedən aksiyada “Gürcü arzusu" iştirak etməyəcək. Mart etirazları zamanı insanların Avropa bayrağı ilə Qərb dəyərlərinə sadiqliklərini artıq sübut etdikləri Tbilisidə növbəti dəfə on iki ulduzlu bayraq açılacaq. 22|33 metr ölçüdə olan bayraq Avropa Birliyinin ən böyük bayrağıdır və onun ulduzları Gürcüstanın 12 müxtəlif şəhərində tikilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989