Haqqımızda Reklam
09 
Dek
2023
08:36
19
19
3338

Dünyanın ən zəngin ailələrinin adları açıqlanıb

2023-cü ildə dünyanın ən zəngin ailəsi 305 milyard dollar sərvətlə BƏƏ-nin hakim sülaləsi Əl-Nahyan olub. 24News.ge xəbər verir ki, bu barədə “Bloomberg” məlumat dərc edib. Reytinqdə ikinci yeri “Walmart” mağazalar şəbəkəsinin təsisçisi Sem Uoltonun ailəsi tutub ki, onların sərvəti 259,7 milyar dollar təşkil edib. Üçüncü yerdə 150,9 milyard dollar sərvətlə “Hermes” lüks brendinin sahibləri olan Hermes ailəsi qərarlaşıb. Dördüncü yeri 141,9 milyard dollarla “Mars” ailəsi qazanıb. Dünyanın ən zəngin ailələrinin ilk beşliyini Qətərdə hakim şeyxlər və əmirlər sülaləsi olan Əl-Tani ailəsi bağlayıb ki, onların sərvəti 133 milyard təşkil edib.     Qeyd olunub ki, bəzi ailələrin sərvətinin artmasına onların neft sektorunda iştirakı səbəb olub. Ümumilikdə dünyanın 25 ən varlı ailəsi bir il ərzində 1,5 trilyon dollar daha çox pul qazanıb ki, bu da 2022-ci ildə ən zəngin ailələrin sərvətindən 43 faiz çoxdur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989