Haqqımızda Reklam
08 
Dek
2023
18:39
37
18
2722

Tbilisi aeroportu bir neçə reysi qəbul edə bilməyib

Duman və zəif görmə səbəbindən bir neçə reys Tbilisi Beynəlxalq Hava Limanına enə bilməyib. 24News.ge xəbər verir ki, bu barədə Tbilisi Beynəlxalq Hava Limanından məlumat verilib. Məlumata görə, “Qatar Airlines” şirkətinin Doha-Tbilisi reysi İrəvana, “Azimut” aviaşirkətinin Moskva-Tbilisi reysi Kutaisiyə, “Cəzirə” aviaşirkətinin Küveyt-Tbilisi təyyarəsi isə İrəvana eniş edib. Bundan əlavə, Pegasus və Türk Hava Yollarının İstanbul-Tbilisi reysləri ləğv edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989