Haqqımızda Reklam
28 
Nybr
2023
21:06
32
8
733

Türkiyədən Gürcüstana qızıl-zinət əşyalarının gizli gətirilməsinin qarşısı alınıb

"Sarpi" gömrük keçid məntəqəsində dəyəri 146 min lari olan 170 qram qızıl-zinət əşyaları gətirən xarici ölkə vətəndaşı saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Məlumata əsasən, sözügedən şəxs gömrük nəzarətindən yan keçmək məqsədilə avtomobilin baqajında bəyan edilməmiş qızıl əşyalar gizlədib və gizli yolla ölkəyə keçirməyə cəhd edib. Faktla bağlı Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə əsasən qanunu pozan şəxsə sanksiya qismində 146 000 min lari məbləğində cərimə tətbiq edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989