Haqqımızda Reklam
20 
Nybr
2023
13:30
11
46
797

Dövlət büdcəsinin mənimsənilməsi işi üzrə Saakaşvilinin məhkəmə prosesi keçirilir

Tbilisi Şəhər Məhkəməsində qrup halında külli miqdarda büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq prezident Mixeil Saakaşvili və Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanın işi üzrə məhkəmə prosesi başlayıb. 24News.ge xəbər verir ki, Mixeil Saakaşvili məhkəmə iclasına disdant qaydada qoşulub. Bugünkü iclas müdafiə tərəfinin dəlillərinin araşdırılması ilə davam edəcək. Vəkil Beka Basilaya prosesdən əvvəl bildirib ki, onlar Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanı şahid qismində çağırıblar, lakin o, rəsmi səbəblərə görə iclasa gələ bilmir. Məlumat üçün bildirək ki, Prokurorluq təqsirləndirilən şəxsləri külli miqdarda büdcə vəsaitini - 9 milyon larini mənimsəməkdə ittiham edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989