Haqqımızda Reklam
15 
Nybr
2023
20:07
43
17
6677

Gələn il artacaq pensiyaların məbləği açıqlanıb

Gələn il yaşı 70-dən yuxarı olan şəxslərin pensiyası 50 lari artaraq 415 lari, yüksək dağlıq yaşayış məntəqələrində isə bu məbləğ 500 lariyə çatacaq. 24News.ge xəbər verir ki, bu barədə maliyyə naziri Laşa Xutsişvili "nazir saatı" formatında parlamentdə çıxışı zamanı qeyd edib. O bildirib ki, 70 yaşadək şəxslərin pensiyası isə 20 lari artırılaraq 315 lari, yüksək dağlıq yerlərdə isə 378 lari təşkil edəcək. Nazir qeyd edib ki, son 4 ildə pensiya ödənişlərində ciddi artım müşahidə olunub - yəni 70 yaşadək şəxslər üçün artım 43%, 70 və yuxarı yaşda olan şəxslər üçün isə pensiya artımı 66 faiz təşkil edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989