Haqqımızda Reklam
24 
Okt
2023
12:36
15
2
1219

Gürcüstanda yaşayış müavinəti alanların sayı açıqlanıb

2023-cü ilin sentyabr ayına olan statistikaya əsasən, Gürcüstanda yaşayış müavinəti alanların sayı 435 min, 578 nəfər (122 416 ailə) təşkil edib. 24News.ge xəbər verir ki, bu barədə məlumat Sosial Xidmətlər Agentliyinin saytında dərc edilib. Məlumata əsasən, sosial müavinət alanların 226 328 nəfəri yetkinlik yaşına çatmayanlardır. Bildirilir ki, sentyabr ayında 5842 nəfər maddi yardımdan imtina edib. 15 855 nəfərə isə sosial yardımın təyin edilməsi proseduru davam etdirilir.

www.24news.ge