Haqqımızda Reklam
18 
Okt
2023
16:51
56
7
1477

SON DƏQİQƏ! Prezidentin impiçmenti baş tutmadı

Parlamentdə prezident Salome Zurabişvilinin impiçment məsələsi (vəzifədən kənarlaşdırılması) səsverməyə qoyulub. 24News.ge xəbər verir ki, prezidentin ipmiçmenti yetərli səs toplamadığı üçün baş tutmayıb. Belə ki, parlamentin 150 deputatından sadəcə 86 nəfəri impiçmentin leyhinə səs verib, lakin qərarın qəbulu üçün minimum 100 səs tələb edilirdi. Məlumat üçün bildirək ki, bazar ertəsi Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin hökumət tərəfindən Avropaya icazəsiz səfərlər etməklə ölkə konstitusiyasını pozduğunu müəyyən edib. Plenumun 9 hakimindən altısı bu qərarı dəstəkləyib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989