Haqqımızda Reklam
19 
Sen
2023
08:38
32
3
801

Səfir Faiq Quliyev Tbilisidə ali məktəblərə yüksək balla qəbul olan azərbaycanlı tələbələrlə görüşüb (FOTO)

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev sentyabrın 18-də Tbilisi Dövlət Universitetindəki Heydər Əliyev Auditoriyasında bu ölkənin ali məktəblərinə yüksək balla qəbul olunmuş azərbaycanlı tələbələrlə görüşüb. 24News.ge xəbər verir ki, görüş “Alyans” Gənclər Mərkəzinin təşəbbüsü və səfirliyin təşkilatçılığı ilə baş tutub. Səfir F.Quliyev tələbələri qazandıqları uğur münasibətilə təbrik edib, gənclərin inteqrasiyasında təhsilin rolunu xüsusi qeyd edib. Bildirib ki, bir neçə il bundan əvvəl Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələr, eləcə də dövlət və hökumət orqanlarında azərbaycanlıların sayı çox az idi. Lakin indi onların sayı minlərlərdir. Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarmıza göstərdiyi diqqət və qayğıdan danışan diplomat deyib ki, son illər ərzində Azərbaycan dövləti tərəfindən minlərlə soydaş gəncin təhsil haqqı SOCAR tərəfindən ödənilib. Bu ildən ADA Universitetinin rektoru professor Hafiz Paşayevin təşəbbüsü ilə 25 nəfər soydaşımız ADA Universitetində iki il magistr təhsili alacaq. Bu da həmin gənclərin Gürcüstanda daha yüksək gəlirlə təhsil sahəsində çalışmalarına geniş imkanlar yaradacaq. F.Quliyev deyib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasındakı mövcud olan dostluq və qardaşlıq əlaqələri dünyada nümunədir. Ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu da gəclərimizin inteqrasiyasında da mühüm rol oynayır. Sonra “Alyans Gənclər Mərkəzi”nin sədri Leyla Əmrəhova və mərkəzin icraçı direktoru Rəna Hüseynova çıxış edərək rəhbərlik etdikləri qurumun fəaliyyəti, gənclərin təlim və təhsil proseslərinə cəlb olunmaları istiqamətində görülən işlər barədə ətraflı məlumat veriblər. Çıxış edən tələbələr isə göstərilən diqqət və qayğıya, dəstəyə görə Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıq ifadə edib, təhsildə yüksək nəticələr əldə edəcəklərinə və onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər. Qeyd edək ki, sonda tələbələrə hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989