Haqqımızda Reklam
18 
Sen
2023
21:26
22
66
1197

Ekspertlər Gürcüstanda yanacağın qiymətinin yenidən artacağını proqnozlaşdırırlar

Ölkədə son bir ayda benzinin qiyməti 25-30 tetri bahalaşıb. Yanacağın bahalaşmasının ardınca məhsulların və dərmanların qiymətlərində də artım müşahidə olunur. 24News.ge xəbər verir ki, mütəxəssislər dekabrın sonuna kimi qiymətlərin yenidən 10-12% artacağını proqnozlaşdırırlar. İqtisadçı Soso Berikaşvili bildirib ki, hazırda beynəlxalq bazarda yanacağın qiyməti yenidən artır: "Yanacağın qiymətinin artması avtomatik olaraq hər şeyin qiymətinin artması deməkdir. Biz neft idxalçısıyıq, yanacağın qiymətinə və digər idxal olunan məhsullara ciddi nəzarət olunmalıdır. Müvafiq olaraq larinin mövcud məzənnəsi ilə yanacağın qiyməti bu qədər kəskin artmamalı idi, yanacağın bahalaşmasının səbəbini idxalçı şirkətlərin kartel sövdələşmələrində axtarmaq lazımdır. Qarşıda isə Səudiyyə Ərəbistanı hasilatı azaltmağı planlaşdırır, bu isə qiymət artımına səbəb olacaq”, - deyə Berikaşvili vurğulayıb. Qeyd edək ki, vətəndaşlar sentyabrın 30-da Hökumət Aparatı önündə aksiya elan ediblər. Onların tələbi yanacaq bazarına nəzarətin gücləndirilməsi və süni qiymət artımının qarşısının alınmasıdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989