Haqqımızda Reklam
18 
Sen
2023
19:20
50
4
764

Gürcüstan Milli Bankı sabiq Baş prokurorun bank hesablarını dondurub

Gürcüstan Milli Bankı ölkənin sabiq Baş prokuroru Otar Partsxaladzenin bank hesablarını dondurub, pul transferi imkanlarını məhdudlaşdırıb. 24News.ge xəbər verir ki, barədə ölkənin Milli Bankından yerli mediaya bildirilib. Qurum bunu Otar Partsxaladzenin ABŞ tərəfindən Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqədar sanksiya tətbiq edilən şəxslər siyahısına əlavə edilməsi ilə əlaqələndirib. Məlumat üçün bildirək ki, ABŞ Dövlət Departmenti Otar Partsxaladzenin Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşının yardımı ilə Rusiya pasportu və vətəndaşlığı əldə etdiyini, tez-tez Rusiyaya səfər etdiyini, gürcü cəmiyyətinə və siyasətinə Rusiyanın xeyrinə təsir etdiyini bəyan edərək, ona sanksiya tətbiq edildiyini açıqlayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989