Haqqımızda Reklam
13 
Sen
2023
11:02
23
5
451

Türkiyə və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr baş tutub (FOTO)

12 sentyabr tarixində İstanbulda Gürcüstan və Türkiyə Respublikasının Xarici İşlər Nazirlikləri arasında nazir müavinləri səviyyəsində siyasi məsləhətləşmələr baş tutub. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Gürcüstan nümayəndə heyətinə Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Türkiyə nümayəndə heyətinə isə Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edib. Məsləhətləşmələr zamanı tərəflər Gürcüstan və Türkiyə Respublikası arasında mövcud strateji tərəfdaşlığı və fəal ikitərəfli əməkdaşlığı müsbət qiymətləndirib, yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Türkiyə tərəfi bir daha Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin Gürcüstanın NATO-ya inteqrasiyasına güclü dəstəyini ifadə edib. Görüşdə Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyət ətraflı müzakirə olunub. Gürcüstan tərəfi təhlükəsizlik problemləri və ağır humanitar vəziyyət barədə ev sahibi tərəfə ətraflı məlumat verib. Bundan əlavə, regionda mövcud problemlər və onların həlli yollarına da böyük diqqət yetirilib. Regionda sabitliyin və sülhün təşviqində Gürcüstan və Türkiyənin rolu nəzərdən keçirilib. Gürcüstan və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və investisiyaların cəlb edilməsi perspektivləri vurğulanıb. Mövcud proseslər nəzərə alınaraq, çoxtərəfli əməkdaşlıq məsələlərinə, mühüm birgə regional layihələrin həyata keçirilməsinin vacibliyinə və iki ölkənin tranzit-nəqliyyat potensialından tam istifadə edilməsinin zəruriliyi qeyd olunub. Siyasi məsləhətləşmələrin sonunda tərəflər müxtəlif istiqamətlərdə əməkdaşlığın intensivləşdirilməsi və sıx ünsiyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989