Haqqımızda Reklam
08 
Iyn
2023
07:46
48
8
661

Almaniya Ukraynaya yeni hərbi yardım paketi verib

Almaniya Ukraynaya yeni hərbi yardım paketi, o cümlədən, 8 ədəd “Bandvagn 206” - hər yerdə hərəkət edə bilən tırtıllı texnika təqdim edib. 24News.ge “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb. Məlumata əsasən, yardım paketinə həmçinin “Gepard” özüyeriyən zenit kompleksi üçün 2 000 ədəd sursat da daxildir. Bundan əlavə, Almaniya 14 ədəd VECTOR kəşfiyyat dronu, 16 ədəd sərhəd maşını, 3 anti-dron sistemi, 2 ədəd “8x6 HX81” yük maşını, 2 ədəd qoşqu və 11 000 quru qida payı verib. Ümumilikdə Almaniya Ukraynaya 64 ədəd “Bandvagn 206” tırtıllı maşın tədarük etmək niyyətindədir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989