Haqqımızda Reklam
07 
Iyn
2023
22:23
24
14
1524

Tbilisidə etnik azlıqlarla bağlı aparılan araşdırmanın təqdimatı baş tutub (VİDEO)

Paytaxt Tbilisidə "Etnik azlıq nümayəndələrinin sosial təcridi" adlı aparılan araşdırmanın təqdimatı baş tutub. 24News.ge xəbər verir ki, təqdimat tədbirində Sosial Ədalət Mərkəzi ilə Sosial Tədqiqat və Analiz Mərkəzi tərəfindən hazırlanmış 1 araşdırma və 3 analitik sənəd qonaqların və media nümayəndələrinin diqqətinə çatdırılıb. Təqdimatda bildirilib ki, yoxsulluq, sosial və regional bərabərsizlik Gürcüstanın ümumi bir problemidir. Ancaq, araşdırmalar göstərir ki, müxtəlif etnik qrupların sosial və iqtisadi problemləri daha da dərindir. Qeyd edilib ki, etnik azlıq nümayəndələrinin sosial və iqtisadi problemlərini daha da dərinləşdirən səbəblər mövcuddur. Onlar arasında keyfiyyətli təhsilin lazımi səviyyədə əlçatan olmaması, dövlətin müxtəlif servislərinin və proqramlarının etnik azlıqların dillərinə tərcümə edilməsi istiqamətində müvafiq administrativ təcrübənin olmaması, dövlət və özəl sahələr üzrə işlə təmin etmə istiqamətində pozitiv yanaşmanın olmaması, etnik azlıqların zəif siyasi iştirakı kimi səbəblər xüsusi yer tutur. Bildirilib ki, Sosial Tədqiqat və Analiz Mərkəzinin, Samçxe-Cavaxeti, Kvemo Kartli və Kaxeti bölgəsini əhatə edən araşdırması etnik azlıqların sosial problemlərinin müəyyənləşdirilməsinə yönəlib. Sosial Ədalət Mərkəzinin tədqiqatçısı Kamran Məmmədlinin sözlərinə görə, Gürcüstanda etnik azlıqların daha yaxşı iqtisadi şəraitə malik olmaları ilə bağlı müxtəlif miflər mövcuddur, hansı ki, ümumiyyətlə həqiqətdən uzaqdır. Onun sözlərinə görə, statistik məlumatlar etnik azlıqların daha pis şəraitdə yaşadığından xəbər verir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989