Haqqımızda Reklam
07 
Iyn
2023
22:09
46
36
735

Ukraynada daha bir Gürcüstanlı döyüşçü həlak olub

Ukraynada davam edən müharibədə daha bir Gürcüstan əsilli döyüşçü həlak olub. 24News.ge xəbər verir ki, həyatını itirən şəxs əslən Sameqrelodan olan Zura Muşukiyadır. Döyüş yoldaşlarının verdiyi məlumata görə, o, Baxmut yaxınlığında həlak olub. Bildirilir ki, onun meyitini hələ də döyüş meydanından çıxarmaq mümkün olmayıb. Zura Müşukiya ötən ilin aprelində Ukraynada başından yaralanıb, əməliyyat olunub və sağaldıqdan sonra döyüş meydanına qayıdıb. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində indiyədək 45 gürcü döyüşçü həyatını itirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989