Haqqımızda Reklam
31 
Mar
2023
10:27
49
10
9718

Polşada uzun müddətli yaşamaq istəyən Gürcüstan və digər xarici ölkə vətəndaşlarının nəzərinə...

Polşada yaşayan Gürcüstan və ya digər xarici ölkə vətəndaşlarının vizalarının müddəti sona çatdıqdan sonra, bu ölkədə qalmaq üçün, Polşa qanunvericiliyinə uyğun şəkildə müraciət ünvanlamaq imkanları mövcuddur. 24News.ge xəbər verir ki, əcnəbilər Polşada müvəqqəti və ya qeyri müəyyən müddət ərzində həyatlarını davam etdirə bilərlər. Xarici ölkə vətəndaşları Polşa Respublikası ərazisində 3 aydan çox qalmaqla bağlı rəsmi şəkildə bu ölkənin müvafiq qurumlarına müraciət edə bilərlər. Müraciətlər isə aşağıdakı kriteriyalar üzrə olmalıdır: ● Polşada yaşamaq və işləmək istəyirsinizsə; ● Polşada yaşamaq və yüksək ixtisas tələb edən peşədə işləmək istəyirsinizsə; ● Polşada qalıb tam ştatlı universitetdə oxumaq istəyi və ya Polşa universitetinin məzunu olmaq, iş axtarmaq və ya Polşada qalıb burada biznes qurmaq marağınız varsa; ● Mövsümi işlərin yerinə yetirilməsi ilə əlaqədar Polşada qalırsınızsa; ● Polşada yaşayırsınız və ailə üzvlərinizin qalmasını qanuniləşdirmək istəyirsinizsə; ● Polşa vətəndaşının həyat yoldaşı, həyat yoldaşının övladı, Polşa vətəndaşının ailəsinin başqa üzvüsünüz və ya Polşada qalmağınıza haqq qazandıran başqa hallar olduqda; Polşa ərazisində müvəqqəti yaşamaq icazəsi almış əcnəbiyə maksimum 3 il müddətinə icazə verilir. Bunun üçün lazımi sənədlər aşağıdakılardır: ● Müvəqqəti yaşayış icazəsi üçün doldurulmuş və imzalanmış ərizə; ● Dörd ədəd fotoşəkil; ● Səyahət sənədinin surəti (təsdiq üçün əsli); Müvəqqəti yaşayış icazəsindən başqa Polşada yaşamaq üçün daimi yaşayış icazəsi almaq da mümkündür. Bunun üçün əcnəbi ölkə vətəndaşları aşağıdakı kriteriyalardan birinə cavab verməlidir: ● Polşa vətəndaşının azyaşlı uşağısınızsa; ● Daimi yaşayış icazəsi və ya uzunmüddətli Avropa İttifaqında yaşamaq icazəsi almış əcnəbinin azyaşlı uşağısınızsa; ● Polşa vətəndaşının həyat yoldaşısınızsa; ● Polşa Respublikasının ərazisində məskunlaşmaq niyyətində olan polyak mənşəli şəxsinizsə; ● Polşa Respublikasının ərazisində məskunlaşmaq niyyətində olan etibarlı "Pole's Card" sahibisinizsə; Bundan başqa "Karta pobitu" (yaşayış icazəsi) xarici vətəndaşlara müəyyən müddət ərzində Polşada qanuni yaşamağa və işləməyə imkan verir. "Karta Pobitu əldə etməyin bəzi üstünlükləri isə bunlardır: Qanuni yaşayış yeri, Karta Pobitu ilə müəyyən müddət ərzində Polşada yaşamaq üçün qanuni icazə. Bu isə o deməkdir ki, siz viza müddətinin bitməsi və ya müvafiq sənədlər olmadan yarana biləcək hüquqi problemlərdən qaça bilərsiniz.

www.24news.ge