Haqqımızda Reklam
30 
Mar
2023
16:08
29
7
1062

Marneuli bələdiyyəsində kənd təsərrüfatı torpaqlarının pulsuz əkilməsi proqramı davam edir

Marneuli Bələdiyyəsində aztəminatlı ailələrin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təmənnasız əkilməsini nəzərdə tutan sosial proqram davam etdirilir. 24News.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb. Bildirilib ki, bu günə kimi Sadaxlı ərazi vahidliyindən 33 ailənin müraciəti təmin olunub və proqram çərçivəsində 12 hektar kənd təsərrüfatı sahəsi əkilib. Məlumata əsasən, indiki mərhələdə Şaumyan inzibati ərazi vahidliyində mövsümi torpaq əkin işləri aparılır. Qeyd edək ki, sosial reytinq balı 100 000-ə qədər olan şəxslər may ayının sonunadək ərizə ilə Marneuli meriyasına müraciət edərək torpaq sahələrinin pulsuz əkilməsinə nail ola bilərlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989