Haqqımızda Reklam
21 
Mar
2023
12:04
43
44
1477

Baş nazir İrakli Qaribaşvili Marneulidə ağsaqqallarla görüşüb (FOTO)

Baş nazir İrakli Qaribaşvili Marneuli çay evində ağsaqqallarla görüşüb. 24News.ge xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayıb. Məlumata əsasən, görüşdə hökumət başçısı ağsaqqalları Novruz bayramı münasibətilə təbrik edib, gürcü və azərbaycan xalqlarının xüsusi dostluq münasibətlərindən danışıb. Tədbirdə Barışıq və vətəndaş bərabərlikyi üzrə dövlət naziri Tea Axvlediani, Hökumət Administrasiyasının Regionlarla Əlaqələr Departamentinin rəhbəri Leri Barnabişvili, Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, "SOCAR" şirkətinin Gürcüstan nümayəndəliyinin prezidenti Mahir Məmmədov, Marneuli meri Kənan Ömərov, Marneuli Şəhər Şurasının sədri Amiran Qiorqadze, millət vəkilləri Zaur Darğallı və Savalan Mirzəyev iştirak ediblər. Qeyd edək ki, baş nazir ağsaqqallarla görüşdən sonra Marneuli meriyası önündə hazırlanan bayram şənliyinə qatılıb və burada rəsmilərlə bilrikdə Novruz tonqalını alovlandırıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989