Haqqımızda Reklam
30 
Yan
2023
19:35
44
5
2499

Mixeil Saakaşvilinin bu gün baş tutan məhkəmə iclası sona çatıb

Eks prezident Mixeil Saakaşvilinin Tbilisi Şəhər məhkəməsində baş tutan növbəti məhkəmə iclası başa çatıb. 24News.ge xəbər verir ki, bugünkü məhkəmə prosesində Saakaşvilidən test nümunələri götürən yerli tibbi eksbertlər dindirilib. Tibbi ekspertlər təsdiqləyiblər ki, Mixeil Saakaşvilinin səhhəti getdikcə ağırlaşır və o, artıq yemək qəbul etməkdə də çətinlik çəkir. Bundan başqa, onun talassemiya xəstəsi olduğu da ekspertlərin apardıqları nümunələr zamanı təsdiqlənib. Qeyd olunub ki, Saakaşvili səhhətindəki mövcud vəziyyətlə bağlı müasir avadanlıqla təchiz edilmiş ixtisaslaşmış çoxşaxəli klinikalarda müalicə olunmalıdır və onun həbs şəraitində sağalması mümkünsüz halına gəlib. Tibbi ekspertləri dinləyən hakim Qiorqi Arevadze növbəti iclasın 1 fevral saat 12:30-da keçirilməsi barədə qərar verib. Qeyd edək ki, növbəti məhkəmə iclasında müdafiə tərəfin şahidlərinin dindirilməsi prosesi başa çatacaq, gələn həftədən isə qarşı tərəfin şahidlərinin dindirilməsi gözlənilir. Xatırladaq ki, Saakaşvilinin vəkilləri 1 dekabr tarixində eks prezidentin səhhəti ilə bağlı cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989