Haqqımızda Reklam
30 
Yan
2023
12:26
30
6
2520

Gürcüstandan Rusiyaya ixrac olunan 1 avtomobilin qiyməti 6 min dollar artıb

Gürcüstandan Rusiyaya keçən 1 avtomobilin qiymətində 5-6 min dollar artım müşahidə olunur. 24News.ge xəbər verir ki, bu barədə avtomobil idxalçıları assosiasiyasının sədri Aleksi Noniadze məlumat verib. O bildirib ki, 2021-ci ildə Rusiyaya aparılan avtomobillərin orta qiyməti 10-11 min dollar təşkil edirdisə, 2022-ci ildə bu rəqəm 16-17 min dollar təşkil edir. Assosiasiya rəhbərinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsindən sonra Gürcüstandan Rusiyaya avtomobil ixracı artıb və bu ixracı əsasən ermənilər həyata keçirir. Qeyd edək ki, ümumilikdə Gürcüstandan ikinci əl avtomobilin əsas ixrac olunduğu ölkələr sırasında, birinci yerdə Azərbaycan ikinci yerdə isə Ermənistan dayanır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989