Haqqımızda Reklam
28 
Yan
2023
11:20
50
9
5622

Gürcüstan vətəndaşları hansı ölkələrə vizasız gediş-gəliş imkanlarına sahibdirlər?

Gürcüstan vətəndaşları üçün biometrik pasportlarla dünyanın bir çox ölkəsinə vizasız gediş-gəliş imkanları mövcuddur. 24News.ge xəbər verir ki, hazırda Gürcüstan vətəndaşları ümumilikdə 126 ölkəyə vizasız və ya sərhəddə viza alaraq daxil olmaq hüququna sahibdirlər. Gürcüstan vətəndaşlarından Avropa İttifaqı ölkələri də daxil olmaqla dünyanın 73 ölkəsinə getməzdən əvvəl heç bir viza tələb olunmur. Gürcüstan vətəndaşları Şengen zonası ölkələrində 180 gün ərzində 90 gün vizasız qala bilərlər. Azərbaycan və Türkiyəyə səfər edəcəyiniz təqdirdə bu müddət 90 gün, Ermənistana səfər edəcəyiniz təqdirdə isə 180 gün təşkil edir. Gürcüstan vətəndaşları İranda vizasız 45 gün, İsraildə 6 ay müddətində 90 gün, Qazaxıstan və Qığrızıstanda 90 gün, Tacikistan və Qırığızıstanda isə qeyri müəyyən müddətdə qala bilərlər. Aşağıda sizə qeyd etdiyimiz linkdə, Gürcüstan vətəndaşlarının vizasız səyahət edə bildiyi və neçə gün qala biləcəyi digər ölkərin geniş siyahısını təqdim edirik. Buradan linkə daxil olun: https://geoconsul.gov.ge/HtmlPage//html/View?id=992

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989