Haqqımızda Reklam
01 
Dek
2022
11:16
64
5
803

Saakaşvilinin vəkili onun cəzadan azad edilməsi üçün məhkəməyə müraciət edib

Eks prezident Mixeil Saakaşvilinin vəkili Şalva Xaçapuridze Saakaşvilinin cəza çəkməkdən azad olunması üçün məhkəməyə müraciət edib. 24News.ge xəbər verir ki, bu barədə jurnalistlərə vəkil özü məlumat verib. O bildirib ki, Saakaşvilinin səhhətində olan mövcud ağırlaşmalar onun cəzadan azad olunmasına imkan verir: “Əsas iddiamız onun cəzadan azad edilməsidir, çünki onun xəstəliyi səhiyyə nazirinin müvafiq əmri ilə nəzərdə tutulur və bu zaman dövlət onun cəzadan azad edilməsi ilə bağlı öhdəlik götürür. Buna alternativ olaraq cəzanın təxirə salınması məsələsini də qaldırmışıq. Mixeil Saakaşvili ilə ünsiyyətə gəlincə, onunla danışmamışam, çünki hazırda onunla əlaqə saxlamaq və məsləhətləşmək fiziki cəhətdən mümkünsüzdür”, - deyə Şalva Xaçapuridze vurğulayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989