Haqqımızda Reklam
22 
Nybr
2022
18:11
42
9
1124

"VMH" partiyasının Marneuli ofisində Mumladzenin namizədliyi təqdim olunub (FOTO)

“Vahid Milli Hərəkat”ın üzvlərindən olan Giorgi Mumladzenin "VMH" sədrliyinə namizədliyi təqdim olunub. 24News.ge xəbər verir ki, Mumladze partiyanın Marneuli ofisi önündə çıxış edərək partiyanın sədr seçkilərində iştirak etməyə hazır olduğunu bildirib. O qeyd edib ki, istənilən nəticələri əldə etmək üçün partiyada yenilənməyə ehtiyyac var: "Vahid Milli Hərəkat" partiyasında sədrlik vəzifəsinə seçkilər təyin edilib və mən də bu seçkilərdə iştirak etmək qərarına gəlmişəm. Hesab edirəm ki, partiyada yenilənməyə ehtiyyac var. Milli Hərəkat küçə etirazının flaqmanına çevirilməlidir. Siyasətdə yeni və təmiz insanlara ehtiyyac var. Bundan əlavə, partiyanın fəaliyyəti şəffaf olmalıdır. Son proseslər göstərir ki, Mixeil Saakaşvili həbsxanada həlak olur. Partiya isə onu xilas etmək üçün praktiki olaraq heç nə etmir. Bidzina İvanişvilini məcbur etməsək, o heç nədən əl çəkəsi deyil. Biz Putinin şəxsi məhbusu olan Mixeil Saakaşvilini həbsdən azad etməliyik", - deyə Giorgi Mumladze vurğulayıb. Qeyd edək ki, daha ətraflı reportajı axşam saat 21:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasia buraxlışında izləyə bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989