Haqqımızda Reklam
22 
Nybr
2022
12:29
34
0
1881

Sabah Gürcüstanda qeyri-iş günüdür

Sabah, Gürcüstanda qeyri-iş günü ilə bağlı dövlət idarələri işləmir. 24News.ge xəbər verir ki, 23 noyabr tarixi Gürcüstanda Giorqoba bayramı qeyd olunur. Sabah, ölkədə bütün fəaliyyətdə olan kilsə-məbədlərdə bayram ibadət dua mərasimləri keçirilir. Kilsə rəvayətlərinə əsasən, Müqəddəs Giorqi üçüncü əsrin ikinci yarısında Kapadokyada, zəngin xristian ailəsində anadan olmuşdur. Sonralar, Roma imperatoru, Diokliatenin hökmdarlığı dövründə sərkərdə olmuşdur. Xristianlığın təqibi başladıqdan sonra, Giorgi imperatora qarşı çıxıb. Bundan sonra, büdpərəst Roma imperatoru ondan xristinalıqdan imtina etməsini tələb edib. İşgəncələrdən sonra müqəddəs Giorginin 303-cü ildə isə başı kəsilərək öldürülüb. Qeyd edək ki, Gürcüstan Pravoslav Kilsəsi Giorqoba Bayramını ildə iki dəfə – 6 mayda onun müqəddəs elan edilməsi gününü və 23 noyabrda işgəncə verilməsi gününü qeyd edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989