Haqqımızda Reklam
21 
Avq
2019
13:54
2
3
523

Savalan Mirzəyev: “Hökümətdə kadr dəyişikliyi barədə məlumatım yoxdur”

“Hökümət dəyişikliyinin olacaqı ilə bağlı heç bir məlumatım yoxdur. Nə də belə bir məsələlərdə iştirak etməmişəm. Ümumiyyətlə bu tərz mövzular partiya daxili olur lakin belə bir mövzu hələ ki, gündəmimizdə yoxdur”. Bu sözləri millət vəkili Savalan Mirzəyev ötən həftə yerli mətbuat orqanlarında hökümətdə müxtəlif kadr dəyişikliyi olacaqı barədə yayılan məlumatları şərh edərkən24News.ge xəbər portalına bildirib. Millət vəkilinin sözlərinə görə, hökümətdə dəyişiklik olmadan öncə deputatlarla müxtəlif müzakirələr olur amma hələ ki, sözü gedən mövzuda partiya daxili fikir alış verişi olmayıb: “Hələ ki, hökümət dəyişikliyi mövzusu ətrafında heç bir görüş olmayıb ola bilər ki, hal-hazırda ölkə Parlamenti tətildədir elə bu məsələdə ondan qaynaqlana bilər. Onuda qeyd etməliyəm ki, mənim iştirakım ilə sözü gedən mövzuda görüş olmayıb”. S.Mirzəyev əlavə edib ki, hökümətdə kadr dəyişikliyinin olması mənfi bir hadisə deyil əksinə müsbətdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989