Haqqımızda Reklam
21 
Avq
2019
12:12
3
6
747

Millət vəkili hökümətdəki kadr dəyişikliyi barədə danışdı

“Hökümətdə kadr dəyişiklikləri ilə bağlı kütləvi informasiya vasitələrində müxtəlif məlumatlar yayılır ancaq bunları dəqiq hesab etmirəm. Çünki bunlar medianın qurmasıdır nəylərisə gündəmdə saxlamaq üçün”. Bu sözləri millət vəkili Ruslan Hacıyev hökümətdə kadr dəyişikliklərinin baş verməsi ilə 24News.ge xəbər portalının suallarını cavablandırarkən bildirib. Onun sözlərinə görə, ölkədə daha yaxşı reformların gərçəkləşməsi, islahatların baş verməsi, inkişafın artması eləcədə dinamik iqtisadiyyatın gəlişimi üçün kadır dəyişikləri olub və olacaqdır. “Hakim ‘Gürcü Arzusu’ partiyası hökümətdə olduğu sürəcə zaman-zaman kadır dəyişiklikləri intensiv şəkildə baş veribdir. Gələcəkdə müxtəlif kadr dəyişiklərinin olması isə əlbəttə ki, istisna deyil. Sözü gedən kadr dəyişikliyi isə müxtəlif qurumlarda, idarələrdə və nazirliklərdə daha da inkişafa səbəb olacaqdır. Hesab edirəm ki, hökümətdə növbəti bir kadr dəyişikliyi baş verərsə bunu sadəcə alqışlamaq gərəkdir”,- deyə R.Hacıyev qeyd edib. Daxili işlər naziri Giorgi Qaxarianın Baş nazir vəzifəsinə təyin ediləcəkmi sualına isə millət vəkili vurğulayıb ki, bununla bağlı hələ ki, heç bir şey deyə bilmərəm nə də məlumatım yoxdur: “G.Qaxarianın Baş nazir olaraq təyin olunması məsələsi hökümətdə ciddi mövzu olaraq müzakirə olunmur”. Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələri sentyabr ayında hökümətdə kadır dəyişikliyinin olacağını bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989