Haqqımızda Reklam
21 
Avq
2019
11:31
0
0
502

"Facebook"da yeni funksiya

"Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır. 24News.ge oxi.az-a istinadla məlumat verir ki, yeni funksiya istifadəçilərə digər tətbiq və saytların sosial şəbəkə vasitəsilə paylaşdığı məlumatları görməyə və nəzarət etməyə imkan verir. "İstifadəçilər "Off-Facebook Activity" sayəsində onların haqqında bizə informasiya göndərən tətbiq və saytların məlumatlarını görə biləcəklər. Əgər istifadəçi arzu edərsə, həmin informasiyanı hesabından silə bilər", - "Facebook"un məlumatında deyilir. Söhbət tarqetinq reklamından gedir. Funksiya tədricən işə düşəcək. Ondan birinci olaraq İrlandiya, Cənubi Koreya və İspaniya sakinləri istifadə edəcəklər. Yeni funksiyanın məqsədi insanlara sosial şəbəkənin iş prinsiplərinə dair daha çox məlumat verməkdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989