Haqqımızda Reklam
07 
Okt
2022
11:03
35
11
1794

Əliyev: “Paşiniyana müraciət edəndə ki, bizə avtomobil yolu üçün marşrut verin, yenə də cavab ala bilmədim

“Təəssüf ki, bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrutu verin, yenə də cavab ala bilmədim”. 24News.ge xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində müvafiq sualı cavablandırarkən bildirib. Əliyev bildirib ki, hamı yaxşı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir: “Bu hətta gülməli deyil, çünki orada o qədər də böyük hissə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid vermək istənilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq - əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir göstəririk, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”, - deyə İlham Əliyev əlavə edib. İlham Əliyev beş prinsiplə bağlı nə erməni tərəfinin, nə də Avropa Şurasının heç bir sualı olmadığını bildirib: “Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir”, - deyə İlham Əliyev əlavə edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989