Haqqımızda Reklam
06 
Okt
2022
21:04
15
6
2075

12-ci sinif şagirdləri arasında fiziki qarşıdurma baş verib

Batumidə məktəblərin birində 12-ci sinif şagirdləri arasında fiziki qarşıdurma baş verib. 24News.ge xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Məlumata əsasən, məktəblilər arasında baş verən fiziki qarşıdurma nəticəsində onlardan biri xəsarət alıb. Gənclər arasında münaqişənin hansı səbəbdən baş verdiyi məlum deyil. Agentliyin məlumatına görə, yüngül xəsarət alan məktəbli klinikaya yerləşdirilib, onun həyatı üçün təhlükə yoxdur. Faktla bağlı Daxili İşlər Nazirliyində “Cinayət Məcəlləsinin 126-cı zorakılıq törətmə” maddəsi ilə araşdırma başladılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989