Haqqımızda Reklam
06 
Okt
2022
17:47
41
9
823

Nazir: "Ümid edirik ki, yanacağın ucuzlaşması ilə bağlı müsbət dinamika davam edəcək"

"Hazırda ölkəmizdə yanacağın ucuzlaşması ilə bağlı müsbət dinamika var". 24News.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, parlamentdə “Nazir saatı” formatında çıxışı zamanı bildirib. O deyib ki, yanacağın bahalaşması bir sıra sektora ciddi təsir edib: "Gürcüstanda yanacağın bəzi kateqoriyaları üçün tariflər digər ölkələrə nisbətən mümkün qədər aşağı idi, lakin sonra bahalaşdı, bu, bütün sektorlara təsir etdi və əhalimiz üçün çox ağrılı idi, indi də var, amma yaydan bəri gördük ki, yanacağın ucuzlaşması ilə bağlı müsbət dinamika var. Beynəlxalq bazarlarda qiymətlər də ürəkaçandır, onlar pandemiyadan əvvəlki tempə qayıdır və biz ümid edirik ki, yanacağın ucuzlaşması davam edəcək”, - deyə Davitaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989