Haqqımızda Reklam
06 
Okt
2022
17:26
8
49
686

Kobaxidze: "Bir ildən çoxdur ki, Saakaşvilinin ölüm təhlükəsindən danışırlar"

"Bir ildən çoxdur ki, Saakaşvilinin səhhətinin pisləşməsindən və ölüm təhlükəsindən danışırlar". 24News.ge xəbər verir ki, bu sözləri “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze, Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı yayılan açıqlamalara fikir bildirərkən deyib. O deyib ki, artıq insanlar bu kimi məlumatlardan beziblər: “Bütün bu barədə deyilənlərin heç bir əsası yoxdur və bunlar siyasi spekulyasiyalardır. Məhkumun sağlamlığının qayğısına qalmaq üçün əvvəldən axıra qədər cəzaçəkmə müəssisəsi və xəstəxana cavabdehdir və bu, davam edəcək, bu dövlətin öhdəliyidir”, - deyə Kobaxidze bildirib. Məlumat üçün bildirək ki, “Vahid Milli Hərəkat”ın deputatı Temur Canaşiya Saakaşviliyə “Vivamed” klinikasında baş çəkdikdən sonra onun ölüm astanasında olduğunu bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989