Haqqımızda Reklam
06 
Okt
2022
13:56
8
52
2297

Dekabrda təbii qazın və elektrik enerjisinin qiyməti arta bilərmi? - AÇIQLAMA

"Bu ilin dekabr ayında Enerji və Su Təhcizatının Tənzimlənməsi Komissiyası təbii qazın tarifinə yenidən baxacaq". 24News.ge xəbər verir ki, bu barədə Enerji və Su Təhcizatının Tənzimlənməsi Komissiyasının sədri Davit Narmaniya bildirib. Onun sözlərinə görə, məzənnə və digər amilləri nəzərə alsaq, tariflərin artımı gözlənilmir: “Qış mövsümü yaxınlaşdığı üçün əhaliyə məlumat vermək istəyirik. Ölkə həm işıq, həm də qaz baxımından qışa tam hazırdır. Elektrik enerjisinin tariflərində artım gözlənilmir. Bu ilin dekabrında biz qaz tarifinə yenidən baxmalı və yeni tarif müəyyən etməliyik. Mövcud valyuta məzənnəsini və digər amilləri nəzərə alsaq, təbii qazın tarifində artım gözləmirik. Əhaliyə sadəcə qaz cihazlarının təhlükəsizliyini yoxlamaq üçün xəbərdarlıq etmək istərdim”, - deyə Narmania vurğulayıb

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989