Haqqımızda Reklam
06 
Okt
2022
11:08
12
66
4325

Sürücülərin nəzərinə - Parlament bir sıra cərimələrin artırılmasını təstiqlədi

Parlament birinci oxunuşda İnzibati Xətalar Məcəlləsinə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində ediləcək dəyişiklikləri 81 səslə qəbul edib. 24News.ge xəbər verir ki, dəyişikliklərin bir hissəsi sürət həddinin aşılmasına görə cərimənin artırılması ilə bağlıdır. Belə ki, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən sürət həddini 40 km/saatdan artıq aşması 150 lari deyil, 300 lari cərimə ilə nəticələnəcək. Sürət həddinin aşılması nəqliyyat vasitəsinə, yükə, yola və ya digər strukturlara, eləcə də əmlak və ya insana yüngül zərər vurarsa, bu zaman cərimənin miqdarı 500 lari əvəzinə 600 lari təşkil edəcək. Bundan başqa səs-küyün müəyyən edilmiş normadan artıq olan nəqliyyat vasitəsini idarə etmək 100 lari məbləğində cəriməyə səbəb olacaq və sürücülük vəsiqəsindən 10 bal silinəcək. Həmçinin, avtomobilin qəsdən sürüşməsi/drift edilməsi və yaxud dairəvi fırlanmanın həyata keçirilməsi 300 lari məbləğində cərimə və 30 baldan çıxma ilə nəticələnəcək. Sözügedən hərəkət nəqliyyat vasitəsinə, yükə, yola, tikiliyə, əmlaka zərər verərsə və ya insanın yüngül xəsarət alması ilə nəticələnərsə, bu zaman sürücü 500 lari məbləğində cərimə ediləcək. Bununla yanaşı, avtomobildə xüsusi sayrışan işıqların və səs siqnalının, habelə yüksək səsli qurğuların quraşdırılması, operativ və ya xüsusi xidmət avtomobilləri üçün nəzərdə tutulmuş rəngdən istifadə etmək sürücünün 2000 lari cərimələnməsi ilə nəticələnəcək. Qanun pozuntusu təkrarlanarsa, cərimənin miqdarı 2500 lariyədək artırılacaq. Qanunvericiliklə müəyyən edilmiş qaydaları pozaraq avtomobilin pəncərələrində qara rəngli örtükdən istifadə zamanı cərimə miqdarı da 50 laridən 500 lariyədək artırılacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989