Haqqımızda Reklam
04 
Okt
2022
20:09
31
10
1895

Ramiz Bəkirov xalq şairi Zəlimxan Yaqubun poeziya evinin inşası ilə bağlı yaranan süni əngəllərdən danışıb

Xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun adına anadan olduğu Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndində poeziya evinin inşası üçün torpaq sahəsi ayrılmalı idi. 24News.ge xəbər verir ki, bu barədə Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili 2020-ci ilin fevral ayında kənd sakinləri ilə görüşdə bildirsə də, lakin bu günədək bu baş tutmayıb. Xəbər portalımıza müsahibə verən parlamentin keçmiş deputatı Ramiz Bəkirov bildirib ki, artıq iki ildir bununla bağlı bir sıra dövlət qurumlarına rəsmi müraciətlər olunub, lakin heç bir nəticə yoxdur. R. Bəkirov qeyd edib ki, poeziya evinin inşası öz doğmalarının və xeyriyyəçi insanların maddi dəstəyi ilə də ərsəyə gətirilə bilər, lakin bununla bağlı süni əngəllər yaradılır. Kənd ağsaqqalı bildirib ki, hazırda əsas məsələ bunun üçün torpaq sahəsinin ayrılması və buna icazənin verilməsidir. Qeyd edək ki, Ramiz Bəkirovun daha geniş müsahibəsini bu gün axşam saat 21:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasia buraxlışında izləyə bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989