Haqqımızda Reklam
21 
Avq
2019
06:15
5
0
468

Ölkədə bu il 23 415 sürücülük vəsiqəsi verilib

Gürcüstanda bu il sürücülük vəsiqəsinin arzusunda olan vətəndaşlara yanvar-iyul aylarında 23 415 sürücülük vəsiqəsi verilib. 24News.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. İdarənin məlumatına görə, hər ay 3 minə qədər sürücülük vəsiqəsi verilir. Lakin statistika göstərir ki, iyul ayında bu göstərici əhəmiyyətli dərəcədə artıb. Yanvarda verilən sürücülük vəsiqəsi 2876 , fevralda– 2653, martda– 3420, apreldə– 3386, mayda– 2992, iyunda– 3077, iyulda– 5011 sürücülük vəsiqəsi verilib. DİN-in məlumatına görə isə, ötən il 2018-ci ildə ümumilikdə 49 121 sürücülük vəsiqəsi verildi. Mənbə: 1TV

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989