Haqqımızda Reklam
30 
Sen
2022
15:12
96
11
6537

Gürcüstanda yeni ildən pensiya və sosial yardımlar artırılacaq

"Gələn ilin büdcə layihəsində pensiyanın artırılması nəzərdə tutulub". 24News.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili, hökumətin bu günkü iclasında qeyd edib. Baş nazir bildirib ki, yaşı 70-ə qədər olan şəxslərin pensiyası təxminən 300 lari, dağlıq statusu olan yaşayış məntəqələrində yaşayan 70 yaşadək şəxslərin pensiyası isə 355 lari olacaq. Bundan başqa baş nazirin sözlərinə görə, 70 və yuxarı yaşda olan pensiyaçıların pensiyası dağlıq yerlərdə 440 lari, digər yerlərdə isə 365 lari olacaq. Qaribaşvili təqaüdlə yanaşı, əlillərin aldığı sosial yardımların və uşaq pullarının da artırlacağını qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989