Haqqımızda Reklam
20 
Avq
2019
12:43
1
1
415

Hökumət adından mətbuata saxta sənəd yayılıb

“Gürcüstan hökuməti adından KİV-in elektron ünvanlarına saxta sənədlərin göndərilməsi hökumətin nüfuzdan salınması və təxribat məqsədi güdüb”. 24News.ge xəbər verir ki, bu barədə Baş nazirin Mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib. Bəyanatda qeyd olunub ki, avqustun 19-da media qurumları elektron ünvanlarına təbiətin mühafizəsi sahəsində islahatlar barədə saxta sənəd alıblar: “Göründüyü kimi, bu hərəkət hökuməti nüfuzdan salmaq və təxribat məqsədlərinə xidmət edib. Təəssüflər olsun ki, bəzi media qurumları bu təxribata uyub”. Sənəddə vurğulanıb ki, Gürcüstan baş nazirinin mətbuat xidmətinin elektron poçtu [email protected] ünvanında yerləşir. Mətbuat xidməti medianı yalnız bu ünvandan daxil olan məlumatlara etibar etməyə və saxta sənədlərə aldanaraq yanlış informasiyaların yayılmasına yol verməməyə çağırıb. Qeyd edək ki, həmin məlumat 24News.ge xəbər portalının e-poçt ünvanınada göndərilsədə lakin sözü gedən xəbəri yayınlamayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989