Haqqımızda Reklam
20 
Avq
2019
12:36
2
3
783

Ölkədə mal-qaranın sayı azalıb — Ətin qiyməti bahalaşacaqmı ?

Gürcüstanda iri və xırda buynuzlu mal-qaranın sayı azalıb 24News.ge Dövlət Statistika İdarəsinin yaydığı statistik məlumata istinadən xəbər verir ki, 2019-cu ilin ikinci kvartalında ölkədə iri və xırda buynuzlu mal-qaranın sayında azalma müşahidə olunub. Məlumata əsasən, ölkədə 965 min baş iri buynuzlu mal-qara mövcuddu. Bu isə ötən ilin analoji göstəricisiylə müqayisədə 1,4% azdır. Xırda buynuzlu mal-qaranın sayında da 2,9%-lik azalma müşahidə edilib. Məlumata görə, ölkədəki xırda buynuzlu mal-qaranın sayı 1 milyon başdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989