Haqqımızda Reklam
19 
Avq
2019
15:54
9
2
1003

Dörd uşaq atası Həsənov Həsənin sizin köməyinizə ehtiyacı var - Qan askiyası (FOTO)

Marneuli rayonunun Algeti 1 saylı orta məktəbində qan xərçəngindən əziyyət çəkən Həsənov Həsən Tahiroğlu üçün xeyriyyə məqsədi ilə qan aksiyası keçirilir. 24News.ge məlumat verir ki, bu gün 19 avqust səhər saatlarından Həsənov Həsən üçün başlayan qan aksiyasında saat 16:00-a qədər 90+ kənd sakini iştirak edib. Xeyriyyə məqsədi ilə keçirilən qan aksiyasından əldə olunan gəlir 4 uşaq atası H.Həsənovun üçün açılan bank hesabına köçürüləcəkdir. Qeyd edək ki, Marneuli rayonunun Sabirkənd sakini dörd uşaq atası 29 yaşlı Həsənov Həsən Tahir oğlu qan xərçəngindən əziyyət çəkir. O paytaxt Tbilisidə "Viva Medi" klinikasında sözü gedən xəstəlikdən müalicə olunur, lakin onun bu xəstəlikdən tamami ilə xilas olunması üçün Belerusiyanın paytaxtı Minsk şəhərində müalicəsini davam etdirməlidir. Müalicə üçün xəstəna tərəfindən tələb olunan lazımi məbləğ 60 min ABŞ dolları dəyərindədir. H.Həsənovun bu məbləği qarşılamağa isə maddi durumu əl vermir. H.Həsənov üçün keçirilən qan aksiyası 3 gün davam edəcək. Hesab nömrəsi: GAMIDOVI ZAMIR ID:28001086047 GE72BG0000000161593075 SWIFT: BAGAGE22 BANK OF GEORGIA Dəstək olmaq istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilər - +995 577 92 61 31

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989