Haqqımızda Reklam
19 
Avq
2019
15:53
3
1
720

Bu ölkə Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 10 788 ədəd avtomobil idxal edib. 24News.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib. Hesabat dövründə ölkədən idxal olunan minik avtomobillərinin ümumi dəyəri 115 mln. 247,1 min dollar təşkil edib. Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin sayı illik müqayisədə 6 039 ədəd və ya 2,27 dəfə çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan Gürcüstandan 83 mln. 973,2 min dollar dəyərində 4 749 ədəd avtomobil alıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989