Haqqımızda Reklam
19 
Avq
2019
12:50
2
4
789

Gürcüstan ərazisinin bir hissəsi Rusiyanın mülki reyestr bazasına salındı (FOTO)

Abxaziyanın Aibqa dağ əraziləri və Qaqra bölgəsinin bir hissəsi Rusiyanın ərazisi olaraq reyestr bazasına daxil edilib. 24News.ge xəbər verir ki, bu barədə cyxymu.info xəbər portalı məlumat yayıb. Məqalədə Abxaz cəmiyyətində Aibqa dağ kəndi məsələsi çoxdan müzakirə olunduğu qeyd olunur. Gürcüstan-Rusiya sərhəddində yerləşən kənd Psou çayı ilə bölünür. Qeyd edək ki, Soçi olimpiadası zamanı sözü gedən ərazi Rusiya hərbiçilərinin nəzarəti altında olub. Daha sonra olimpiadanın ardından 2014-cü ildə Soçi meri Gürcüstan tərəfindəki Aibqa kəndinə gələrək yerli sakinlərlə söhbət edib. Söhbət zamanı mövcud olan Körpünü bərpa edəcəyini, magistral yolun təmirinə və əhalinin digər problemlərinin həll olunacağına söz verib. Cyxymu.info yaydığı məlumatda qeyd edir ki, təxminən bir əsrdən sonra rus kadastr reyestri Qaqra bölgəsinin ərazisini Krasnodar diyarının Soçi ərazisi kimi qeyd edib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989