Haqqımızda Reklam
19 
Avq
2019
12:37
3
5
2052

Marneuli-Koda yolunda ağır avtomobil qəzası baş verib- Yaralılar var (FOTO)

Marneuli-Koda yolunda ağır avtomobil qəzası baş verib. 24News.ge xəbər portalının əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, hadisə səhər saat 11:00 radələrində baş verib. Hadisə zamanı "Opel" markalı avtomobil "Toyota Prius" markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində sürücülər ciddi xəsarətlər alıblar. Xəsarət alan sürücülər təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. Hadisə yerinə polis patrul xidməti və yanğın söndürmə briqadası cəlb olunub. Faktla bağlı DİN-nin əməkdaşları araşdırma aparır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989