Haqqımızda Reklam
16 
Avq
2022
16:56
15
30
1526

Gürcüstanda sığınacaq axtaran şəxslərin sayı artıb - İlk pillədə Ukraynadır

Son üç ayda Gürcüstanda 441 xarici ölkə vətəndaşı sığınacaq axtaran şəxs kimi qeydiyyata alınıb ki, onlardan 242-si Ukrayna vətəndaşıdır. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin statistik məlumatında qeyd olunub. Gürcüstanda sığınacaq axtaran 441 xarici ölkə vətəndaşları aşağıdakı ölkələrə aiddir: ● Ukrayna 242; ● Rusiya 34; ● İran - 48; ● Türkiyə - 44; ● Misir - 11. Humanitar statusun verilməsinə gəlincə, 2022-ci ilin ikinci rübündə ümumilikdə 201 xarici ölkə vətəndaşı bu statusu alıb, onlardan ən çoxu 185-i Ukrayna vətəndaşıdır. Digər ölkələrdən isə 7 nəfər Əfqanıstan, 3 nəfər Yəmən və 3 nəfər Suriyadan olub. Qeyd olunan üç ayda ümumilikdə 8 xarici ölkə vətəndaşı olmaqla 4 Əfqanıstan, 1 Misir və 2 Suriya vətəndaşına qaçqın statusu verilib. Son üç ayda Gürcüstandan ümumilikdə 53 başqa ölkə vətəndaşı olmaqla 9 Azərbaycan, 2 Rusiya, 9 İran, 5-i isə Türkiyə vətəndaşı çıxarılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989