Haqqımızda Reklam
16 
Avq
2022
16:36
12
22
968

Gürcüstanda ev heyvanlarının və ev quşlarının sayı azalıb

2022-ci ilin ikinci rübündə Gürcüstanda ev heyvanlarının və ev quşlarının sayı azalıb. 24News.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsindən bildirilib. Məlumata əsasən, bu ilin II rübünün sonuna iribuynuzlu mal-qaranın sayı əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 1,8 faiz azalaraq bir milyon baş təşkil edib. Bundan əlavə, qoyun və keçilərin ümumi sayı əvvəlki illə müqayisədə 23,0 faiz azalaraq 954,6 min baş təşkil edib. Məlumatda bildirilib ki, ev quşlarının sayı əvvəlki illə müqayisədə 8,2 faiz azalaraq 11,1 milyon təşkil edib. Məhsul istehsalına gəlincə, 2022-ci ilin II rübündə süd istehsalı 200,0 milyon litr təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,0 faiz çoxdur. Ət istehsalı 17,7 min ton təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azdır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989