Haqqımızda Reklam
16 
Avq
2022
13:20
25
5
1479

Hərrac yolu ilə icarəyə verilən otlaq sahələrinə yeni ərazilər əlavə olunub

Hərrac yolu ilə icarəyə verilən otlaq sahələrinə 105 ədəd yeni sahələr əlavə edilib. 24News.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məluamt yayıb. Məlumata əsasən, hərraca qoyulan yeni otlaq sahələrindən 8-i Saqarejo, 34-ü Dedoplistskaro, 1-i Telavi, 11-i Siqnaqi, 1-i Kvareli, 13-ü Borjomi, 5-i Ninotsminda, 1-i Axaltsixe, 1-i Kazbegi, 3-ü Mtsxeta, 1-i Marneuli, 8-i isə Qori bələdiyyəsindədir. Nazirlikdən bildirilib ki, 4-cü mərhələdə otlaq sahələrini icarəyə götürmək istəyənlər ərizələrini avqustun 15-dən başlayaraq sentyabrın 16-dək təqdim edə bilərlər. Qeyd edək ki, otlaqlar haqqında ətraflı məlumatı Dayanıqlı Torpaqların İdarə Edilməsi və Torpaqdan İstifadənin Monitorinqi üzrə Milli Agentliyin və Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin (www.land.gov.ge www.mepa.gov.ge) internet saytlarında, həmçinin Agentliyin rəsmi Facebook səhifəsindən əldə edilə bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989