Haqqımızda Reklam
15 
Avq
2022
15:19
26
35
5066

Baş nazir yanacağın qiymətinin aşağı düşəcəyi tarix barədə açıqlama verdi

"Yanacaq idxal edənlər iyul-avqust aylarında qiyməti 10 tetri aşağı salsalar da, avqustun sonuna kimi qiymətləri 20-30 tetri yenidən aşağı salacaqlar". 24News.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili hökumətin bu günkü iclasında bildirib. Onun sözlərinə görə, bununla bağlı yanacaq idxalçıları söz verib: “Mənim göstərişimlə iqtisadiyyat və maliyyə nazirləri yanacaq idxalçıları ilə bir neçə görüş keçiriblər. Biz Gürcüstanda yanacağın qiymətlərini fəal şəkildə izləyirik. Biz Milli Rəqabət Agentliyinin rəhbərliyi ilə sıx əməkdaşlıq edirik. Bu səhər onlarla söhbət etdim. Larinin möhkəmlənməsinə, bazarda yanacağın qiymətinin aşağı düşməsinə baxmayaraq, yanacağın qiyməti yetərincə aşağı düşməyib, ona görə də yanacaq idxal edənlərlə işimizi gücləndirməliyik. Mən Rəqabət Agentliyinə tövsiyə etmişəm ki, araşdırmaya başlasın. Təbii ki, biz işimizi davam etdirəcəyik, idxalçılar bizə söz verdilər. İyul və avqust aylarında qiyməti 10-10 tetri aşağı salsalar da, daha da aşağı salmaq niyyətindədirlər, ümumilikdə avqustun sonuna kimi qiymətləri 20-30 tetri azaldacaqlar", - deyə İ. Qaribaşvili bildirib. Baş nazir bildirib ki, məsələyə şəxsən nəzarət edəcək və daha sonra bu barədə xalqa əlavə məlumat verəcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989