Haqqımızda Reklam
13 
Avq
2022
21:48
101
188
10011

Ağməmmədli kəndində gənc oğlan çayda boğularaq həlak olub

Bu gün, günün ikinci yarısında 17 yaşlı Ağməmmədli kənd sakini Elman Qəmbərov, çayda boğularaq həlak olub. 24News.ge xəbər portalına verilən məlumata əsasən, hadisə Depet çayının Quşçu kəndi ərazisində baş verib. Məlumata əsasən, o, çayda çimən zaman çayın ətrafından hündür bir yerdən çaya tullanıb və çayın dərinliyində boğulub. Hadisə zamanı ətrafda digər şəxslər olsa da, lakin onun həyatını xilas edə bilməyiblər. Kənd sakinləri bildirirlər ki, sözügedən ərazidə daş karxanaları müxtəlif qazıntı işləri apardıqlarından həmin ərazidə iri çuxurlar yaranıb, bu isə orada üzən uşaqların həyatı üçün böyük təhlükə hesab olunur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989