Haqqımızda Reklam
13 
Avq
2022
17:02
34
10
1385

Qardabani bələdiyyəsinin 5 kəndinin su təchizatı layihəsi davam edir

Su təchizatı layihəsinin üçüncü mərhələsi çərçivəsində Norio, Axal Samqori və Vaziani kəndlərində su sisteminin daxili şəbəkələri quraşdırılır, bundan sonra isə abonentlərin sayğaclaşdırılmasına başlanılacaq. 24News.ge xəbər verir ki, bu barədə Qardabani meriyası məlumat yayıb. Məlumata əsasən, artıq Mardğopi və Axalsopli kəndlərində tikinti işlərinin üçüncü mərhələsi üçün tikinti şirkəti ilə müqavilə bağlanıb, hazırda şirkət tikinti sahəsini öyrənir. Öncədən öyrənilmiş yerlərdə tikinti prosesinə yaxın günlərdə başlanılacaq. Qeyd edək ki, beş kəndin su təchizatı layihəsi çərçivəsində Axal Samqori, Norio, Mardğopi kəndində içməli su mənbəyi tikilib, nasos və xlorlama qurğuları quraşdırılıb, mərkəzi boru xətti çəkilib. Axalsopeli və Vazianidə isə içməli su anbarları təşkil edilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989