Haqqımızda Reklam
13 
Avq
2022
12:28
18
44
2370

Gürcüstanda 6 turist uçuruma düşüb - Xilasetmə əməliyyatı başlayıb

Fövqəladə Hallar İdarəsi xidmətinin məlumatına görə, Tetnuld zirvəsində 6 xarici turist çətin vəziyyətdə qalıblar. 24News.ge xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Daxili İşlər Nazirliyinin fövqəladə halların idarə olunması xidmətinə məlumat daxil olan kimi, xilasetmə əməliyyatı planlaşdırılıb, turistlərin yeri müəyyən edilib, yanğınsöndürən və xilasedicilərdən ibarət qrup tam dağ avadanlığı ilə zirvə istiqamətində piyada yola düşüb. Çətin hava şəraiti ilə əlaqədar bu gün səhər saatlarında helikopterlə xilasetmə əməliyyatı həyata keçirilib. Xilasedicilər artıq xəsarət almış iki alpinistin təhlükəsiz təxliyyəsini həyata keçiriblər. Xarici vətəndaşlar tibb müəssisəsinə yerləşdirilib, onların həyat və sağlamlıqları üçün təhlükə yoxdur. Xəsarət alan alpinistlərin məlumatına görə, onların qrupunun 3 üzvü müstəqil hərəkət edib, bir üzv isə uçuruma düşüb, xilasetmə əməliyyatı davam edir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989